Xəbərlərs

19.02.2020

Fizika fənni üzrə elmi-metodiki seminar

19 fevral 2020-ci il tarixində, saat 10:30-da Dövlət İmtahan Mərkəzində fizika fənnindən növbəti elmi-metodiki seminar keçirilib.

Gündəlik məsələ ümumtəhsil müəssisələrində qüvvədə olan 10-cu sinif “Fizika” dərsliyinin müzakirəsi olub.


Seminarda Bakı və Sumqayıt şəhərlərinin, Abşeron rayonunun ümumtəhsil və ali təhsil müəssisələrinin müəllimləri, metodistlər və AMEA-nın müvafiq sahə üzrə mütəxəssisləri iştirak ediblər.
Seminarın rəhbəri f.e.d. M. Musayev seminarı açıq elan edərək gündəlik məsələ barədə məlumat verib. Daha sonra o, 10-cu sinif “Fizika” dərsliyini müzakirəyə təqdim etmək üçün AMEA-nın əməkdaşı f.ü.f.d. V. Tanrıverdiyevə söz verib.


Müzakirələrdə f.e.d. prof. N. Əhmədov, f.ü.f.d. Əlövsət Rəcəbli və b. qeyd və təkliflərini bildiriblər.

Növbəti seminarda (26 fevral 2020-ci il tarixində, saat 10:30-da; ünvan: Abdulvahab Salamzadə küçəsi, 28, keçmiş Bakı Asiya Universitetinin binası, 4-cü mərtəbə, akt zalı) 11-ci sinif “Fizika” dərsliyinin müzakirəsi aparılacaq.


Back to News