Xəbərlərs

19.02.2020

Rus dili fənni üzrə elmi-metodiki seminar

19 fevral 2020-ci il tarixdə saat 14:00-da Dövlət İmtahan Mərkəzində rus dili fənnindən elmi metodiki seminar keçirilib.
Seminarda Bakı şəhərinin ümumtəhsil və ali təhsil müəssisələrinin müəllimləri və metodistlər iştirak ediblər.

Gündəlik məsələ DİM-in hazırladığı “Русский язык – 7” fənn kurikulumu üzrə qiymətləndirmə tapşırıqları və test tapşırıqları kitabçasının elmi-metodiki baxımdan müzakirəsi olmuşdur.

Seminarın rəhbəri V.Ələkbərova kitabça haqqında fikir və təkliflərini təqdim etmək üçün Bakı şəhəri 72 nömrəli məktəb-liseyin müəllimi V.Sırovkinaya söz verib.

Seminar iştirakçıları kitabça ilə bağlı fikirlər bildirib, təkliflər veriblər.

Müzakirə zamanı bildirilmiş qeyd və təkliflər kitabçanın təkmilləşdirilməsində nəzərə alınacaq.

Növbəti seminarda (26 fevral 2020-ci il tarixində, saat 14:00-da; ünvan: Abdulvahab Salamzadə küçəsi, 28, keçmiş Bakı Asiya Universitetinin binası, 4-cü mərtəbə, akt zalı) “Rus dili – 6” yeni təhsil proqramı (kurikulum) üzrə qiymətləndirmə tapşırıqları və test tapşırıqları kitabçasının elmi-metodiki baxımdan müzakirəsi aparılacaq.  


Back to News