Xəbərlərs

20.02.2020

Biologiya fənni üzrə elmi-metodiki seminar

20 fevral 2020-ci il tarixində Dövlət İmtahan Mərkəzində biologiya fənni üzrə növbəti elmi-metodiki seminar keçirilib.

Gündəlik məsələ ümumtəhsil müəssisələrində qüvvədə olan 11-ci sinif “Biologiya” dərsliyinin müzakirəsi olub.

Seminarın rəhbəri b.e.n. T. Məmmədxanlı gündəlik məsələ barədə məlumat verib və 11-ci sinif “Biologiya” dərsliyini müzakirəyə təqdim etmək üçün Bakı şəhəri 191 nömrəli tam orta məktəbin müəllimi R.Əliyeva və Bakı Avropa Liseyinin müəllimi K.Ələsgərovaya söz verib. 

 

Seminarda Bakı və Sumqayıt şəhərlərinin ümumtəhsil və ali təhsil müəssisələrinin müəllimləri, metodistlər və AMEA-nın müvafiq sahələr üzrə mütəxəssisləri iştirak ediblər.

Müzakirələrdə Bakı şəhəri 160 nömrəli klassik gimnaziyanın müəllimi N.Əliyeva, “Müasir Təhsil Kompleksi”nin müəllimi S. Bayramova və b. dərsliklə bağlı fikirlərini bildiriblər.


Növbəti seminarda (27 fevral 2020-ci il tarixində, saat 10:00-da; ünvan: Abdulvahab Salamzadə küçəsi, 28, keçmiş Bakı Asiya Universitetinin binası, 4-cü mərtəbə, akt zalı) müzakirələr davam etdiriləcək.


Back to News