Xəbərlərs

20.02.2020

Biologiya fənni üzrə hazırlıq kursu

20 fevral 2020-ci il tarixində biologiya fənni üzrə hazırlıq kursunun 6-cı məşğələsi keçirilib.


Kursda elektron qeydiyyatdan keçmiş müəllimlər, ali təhsil müəssisələrinin pedaqoji yönümlü fakültələrinin sonuncu kurs tələbələri və magistrlər iştirak ediblər.

Məşğələdə kurs iştirakçıları tərəfindən hazırlanmış ev tapşırıqlarının müzakirəsi aparılıb. Kurs iştirakçısı – Bakı şəhəri 149 nömrəli tam orta məktəbin müəllimi M.Mustafayeva hazırladığı ev tapşırığını təqdim edib. 

Məşğələnin gedişində müəllimləri maraqlandıran suallar cavablandırılıb.

Sonda kurs iştirakçıları kalibrləmə prosesində iştirak ediblər. 
 

Hazırlıq kursunun müdavimlərinin şəxsi məlumatları Mərkəzin elektron “Məlumat bazası”na daxil ediləcək. Sertifikat almış müdavimlər qiymətləndirmə vasitələrinin hazırlanması və yoxlanılmasında (marker kimi) DİM-lə əməkdaşlıq edə bilərlər.


Back to News