Xəbərlərs

20.02.2020

Tarix fənni üzrə elmi-metodiki seminar

20 fevral 2020-ci il tarixində, saat 11:00-da Dövlət İmtahan Mərkəzində tarix fənnindən növbəti elmi-metodiki seminar keçirilib.

Seminarda Bakı, Sumqayıt şəhərlərinin, Abşeron rayonunun ümumtəhsil və ali təhsil müəssisələrinin müəllimləri, metodistlər və AMEA-nın müvafiq sahə üzrə mütəxəssisləri iştirak ediblər. 



Gündəlik məsələ DİM-in hazırladığı “Azərbaycan tarixi – 6” fənn kurikulumu üzrə qiymətləndirmə tapşırıqları və test tapşırıqları kitabçasının elmi-metodiki baxımdan müzakirəsi olmuşdur.

Seminarın rəhbəri t.ü.f.d. K.Məmmədov kitabça haqqında fikir və təkliflərini təqdim etmək üçün sözü Bakı şəhəri 327 nömrəli tam orta məktəbin müəllimi, kitabçanın həmmüəllifi T.Talıblıya verib.

Müzakirələrdə digər həmmüəlliflərdən AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunun əməkdaşı Ə.Bədəlov, Bakı şəhəri 239 nömrəli tam orta məktəbin müəllimi R.Novruzova, Bakı şəhəri 170 nömrəli tam orta məktəbin müəllimi N.Quliyev və Bakı şəhəri 82 nömrəli tam orta məktəbin müəllimi N.İlyasova, həmçinin Heydər Əliyev adına liseyin müəllimi H.Cabbarov, Bakı şəhəri 72 nömrəli tam orta məktəbin müəllimi A.Allahverdiyev və b. qeyd və təkliflərini bildiriblər.

  

Müzakirə zamanı bildirilmiş qeyd və təkliflər kitabçanın təkmilləşdirilməsində nəzərə alınacaq.

Növbəti seminarda (27 fevral 2020-ci il tarixində, saat 11:00-da; ünvan: Abdulvahab Salamzadə küçəsi, 28, keçmiş Bakı Asiya Universitetinin binası, 4-cü mərtəbə, akt zalı) müzakirə davam etdiriləcək.


Back to News