Xəbərlərs

20.02.2020

Tarix fənni üzrə hazırlıq kursu

20 fevral 2020-ci il tarixində, saat 12:30-da Dövlət İmtahan Mərkəzində tarix fənni üzrə hazırlıq kursunun 6-cı məşğələsi keçirilib.

Kursda elektron qeydiyyatdan keçmiş müəllimlər, metodistlər, ali təhsil müəssisələrinin pedaqoji yönümlü fakültələrinin sonuncu kurs tələbələri və magistrlər iştirak ediblər.
Məşğələdə kurs iştirakçıları tərəfindən hazırlanmış referatların müzakirəsi aparılıb. Kurs iştirakçısı – Bakı şəhəri 187 nömrəli tam orta məktəbin müəllimi E.Bağırov hazırladığı referatı təqdim edib. Moderator H.Cabbarov və digər kurs iştirakçıları referatlarla bağlı öz fikirlərini bildiriblər. 


  

Məşğələnin gedişində müəllimləri maraqlandıran suallar cavablandırılıb.

Sonda kurs iştirakçıları kalibrləmə prosesində iştirak ediblər. 

  

Hazırlıq kursunun müdavimlərinin şəxsi məlumatları Mərkəzin elektron “Məlumat bazası”na daxil ediləcək. Sertifikat almış müdavimlər qiymətləndirmə vasitələrinin hazırlanması və yoxlanılmasında (marker kimi) DİM-lə əməkdaşlıq edə bilərlər.


Back to News