Xəbərlərs

21.02.2020

Riyaziyyat fənni üzrə elmi-metodiki seminar

21 fevral 2020-ci il tarixində, saat 12:30-da Dövlət İmtahan Mərkəzində riyaziyyat fənnindən elmi-metodiki seminar keçirilib.

Seminarda Bakı və Sumqayıt şəhərlərinin ümumtəhsil və ali təhsil müəssisələrinin müəllimləri, metodistlər və AMEA-nın müvafiq sahə üzrə mütəxəssisləri iştirak ediblər.


Gündəlik məsələ “Riyaziyyat fənni üzrə təhsil proqramı (kurikulum) əsasında açıq tipli tapşırıqların və situasiya tapşırıqlarının hazırlanması və onlar üçün meyarların yazılması” adlı təqdimatın müzakirəsi olub. BDU nəzdində “Gənc istedadlar” liseyinin müəllimi Aqşin Abdullayev təqdimatla çıxış edib. 

  

Müzakirələrdə f.-r.e.n. N.Kərimli, BDU-nun dosenti İ.Abdullayev, İdrak liseyinin müəllimi Ş.Əzizova, Müasir İnnovasiyalar liseyinin müəllimi F.Əliyev və b. tapşırıqlarla bağlı fikirlər bildirib, təkliflər veriblər.

Növbəti seminarda (28 fevral 2020-ci il tarixində, saat 12:30-da; ünvan: Abdulvahab Salamzadə küçəsi, 28, keçmiş Bakı Asiya Universitetinin binası, 4-cü mərtəbə, akt zalı) müzakirələr davam etdiriləcək.


Back to News