Xəbərlərs

24.02.2020

Azərbaycan dili fənni üzrə elmi-metodiki seminar

24 fevral 2020-ci il tarixdə saat 13:30-da Dövlət İmtahan Mərkəzində Azərbaycan dili fənnindən elmi metodiki seminar keçirilib.


Seminarda Bakı və Sumqayıt şəhərlərinin ümumtəhsil və ali təhsil müəssisələrinin müəllimləri, metodistlər iştirak ediblər.

Gündəlik məsələ DİM-in hazırladığı “Azərbaycan dili – 7” fənn kurikulumu üzrə qiymətləndirmə tapşırıqları və test tapşırıqları kitabçasının elmi-metodiki baxımdan müzakirəsi olmuşdur.

Kitabça haqqında fikir və təkliflərini təqdim etmək üçün müstəqil ekspert Hidayət Allahverdiyə söz verilib.

Müzakirələrdə Bakı Türk liseyinin müəllimi Saməddin İbrahimov, Sumqayıt Dövlət Universitetinin müəllimi Elşad İbrahimov, Bakı şəhəri 282 nömrəli tam orta məktəbin müəllimi Mətanət Məmmədova və b. kitabça ilə bağlı fikirlər bildirib, təkliflər veriblər.

Müzakirə zamanı bildirilmiş qeyd və təkliflər kitabçanın təkmilləşdirilməsində nəzərə alınacaq. 

Növbəti seminarda (2 mart 2020-ci il tarixdə, saat 13:30-da; ünvan: Abdulvahab Salamzadə küçəsi, 28, keçmiş Bakı Asiya Universitetinin binası, 4-cü mərtəbə, akt zalı) 16 fevral 2020-ci il tarixində keçirilmiş sınaq imtahanında istifadə olunmuş tapşırıqların müzakirəsi aparılacaq.


Back to News