Xəbərlərs

25.02.2020

Kimya fənni üzrə elmi-metodiki seminar

25 fevral 2020-ci il tarixində, saat 10:30-da Dövlət İmtahan Mərkəzində kimya fənnindən növbəti elmi-metodiki seminar keçirilib.

Gündəlik məsələ 16 fevral 2020-ci il tarixində ali təhsil müəssisələrinə qəbul imtahanlarının ikinci mərhələsi - I ixtisas qrupu üzrə sınaq imtahanında istifadə edilmiş tapşırıqların elmi-metodiki baxımdan təhlili olub.
Seminarda Bakı və Sumqayıt şəhərlərinin ümumtəhsil və ali təhsil müəssisələrinin müəllimləri, metodistlər və AMEA-nın müvafiq sahələr üzrə mütəxəssisləri iştirak ediblər.

Seminarın rəhbəri k.ü.f.d. V. Əliyev seminarı açıq elan edərək gündəlik məsələ barədə məlumat verib. Daha sonra o, tapşırıqları müzakirəyə təqdim edib.
Seminarda 30 tapşırıq (61-82 saylı qapalı, 83-87 cavabı kodlaşdırılan açıq, 3 tapşırıqlı situasiya tapşırıqları) müzakirə edilib.


Müzakirələrdə k.ü.f.d. N.Qasımova, k.ü.f.d. S.Hüseynova, Bakı şəhəri 225 nömrəli tam orta məktəbin müəllimi T.Əliyeva və b. tapşırıqlarla bağlı fikirlərini bildiriblər.
Müzakirə zamanı bildirilmiş redaktə xarakterli qeyd və təkliflər bankın təkmilləşdirilməsində nəzərə alınacaq.

Növbəti seminarda (3 mart 2020-ci il tarixində, saat 10:30-da; ünvan: Abdulvahab Salamzadə küçəsi, 28, keçmiş Bakı Asiya Universitetinin binası, 4-cü mərtəbə, akt zalı) 16 fevral 2020-ci il tarixində ali təhsil müəssisələrinə qəbul imtahanlarının ikinci mərhələsi - IV ixtisas qrupu üzrə sınaq imtahanında istifadə edilmiş tapşırıqların elmi-metodiki baxımdan təhlili aparılacaq. 


Back to News