Xəbərlərs

26.02.2020

Rus dili fənni üzrə hazırlıq kursu

26 fevral 2020-ci il tarixində, saat 12:30-da Dövlət İmtahan Mərkəzində rus dili fənni üzrə hazırlıq kursunun 7-ci məşğələsi keçirilib.

Kursda elektron qeydiyyatdan keçənlər iştirak ediblər.

Məşğələdə kurs iştirakçıları tərəfindən hazırlanmış referatların müzakirəsi aparılıb. Kurs iştirakçısı – Bakı şəhəri 194 nömrəli tam orta məktəbin müəllimi Ç.Əlibəyli hazırladığı referatı təqdim edib.


Təqdimatdan sonra fikir mübadiləsi aparılıb və iştirakçıları maraqlandıran suallar cavablandırılıb.
Sonda kurs iştirakçıları kalibrləmə prosesində iştirak ediblər.

Hazırlıq kursunun müdavimlərinin şəxsi məlumatları Mərkəzin elektron “Məlumat bazası”na daxil ediləcək. Sertifikat almış müdavimlər qiymətləndirmə vasitələrinin hazırlanması və yoxlanılmasında (marker kimi) DİM-lə əməkdaşlıq edə bilərlər.


Back to News