Xəbərlərs

26.02.2020

Rus dili fənni üzrə elmi-metodiki seminar

26 fevral 2020-ci il tarixində, saat 14:00-da Dövlət İmtahan Mərkəzində Ədəbiyyat (rus bölməsi) fənnindən növbəti elmi-metodiki seminar keçirilib.

Gündəlik məsələ 16 fevral 2020-ci il tarixində ali təhsil müəssisələrinə qəbul imtahanlarının ikinci mərhələsi - III ixtisas qrupu üzrə sınaq imtahanında istifadə edilmiş tapşırıqların elmi-metodiki baxımdan təhlili olub.

Seminarda Bakı şəhərlərinin ümumtəhsil və ali təhsil müəssisələrinin müəllimləri, metodistlər iştirak ediblər.

Seminarın rəhbəri filologiya üzrə elmlər doktoru Q.Hüseynov seminarı açıq elan edərək gündəlik məsələ barədə məlumat verib. Daha sonra o, tapşırıqları müzakirəyə təqdim etdi. 


  

Seminarda 30 tapşırıq (61-82 saylı qapalı, 83-87 cavabı kodlaşdırılan açıq, 3 tapşırıqlı mətn tapşırıqları) müzakirə edilib.

Müzakirələrdə Bakı şəhəri 72 nömrəli məktəb-liseyin müəllimi V.Sırovkina, Məktəb-lisey kompleksinin müəllimi V.Ələkbərova tapşırıqlarla bağlı fikirlərini bildiriblər.
Müzakirə zamanı bildirilmiş redaktə xarakterli qeyd və təkliflər bankın təkmilləşdirilməsində nəzərə alınacaq.

Növbəti seminarda (4 mart 2020-ci il tarixində, saat 10:30-da; ünvan: Abdulvahab Salamzadə küçəsi, 28, keçmiş Bakı Asiya Universitetinin binası, 4-cü mərtəbə, akt zalı) müzakirələr davam etdiriləcək. 


Back to News