Xəbərlərs

27.02.2020

Biologiya fənni üzrə elmi-metodiki seminar

27 fevral 2020-ci il tarixində, saat 10:00-da Dövlət İmtahan Mərkəzində biologiya fənnindən növbəti elmi-metodiki seminar keçirilib.
Gündəlik məsələ 16 fevral 2020-ci il tarixində ali təhsil müəssisələrinə qəbul imtahanlarının ikinci mərhələsi - IV ixtisas qrupu üzrə sınaq imtahanında istifadə edilmiş tapşırıqların elmi-metodiki baxımdan təhlili olub.
Seminarda Bakı və Sumqayıt şəhərlərinin ümumtəhsil və ali təhsil müəssisələrinin müəllimləri, metodistlər və AMEA-nın müvafiq sahələr üzrə mütəxəssisləri iştirak ediblər.

Seminarın rəhbəri b.e.n. T. Məmmədxanlı seminarı açıq elan edərək gündəlik məsələ barədə məlumat verib. Daha sonra o, tapşırıqları müzakirəyə təqdim etmək üçün Bakı Türk Liseyinin müəllimi M. Eyvazovaya söz verib. 


  
Seminarda 30 tapşırıq (1-22 saylı qapalı, 23-27 cavabı kodlaşdırılan açıq, 3 tapşırıqlı situasiya tapşırıqları) müzakirə edilib.

Müzakirələrdə b.e.n. R. İbadov, Bakı şəhəri 147 nömrəli Texniki-humanitar liseyin müəllimi A. Qəhrəmanova, Bakı şəhəri 191 nömrəli tam orta məktəbin müəllimi R. Əliyeva və b. tapşırıqlarla bağlı fikirlərini bildiriblər.


Müzakirə zamanı bildirilmiş redaktə xarakterli qeyd və təkliflər bankın təkmilləşdirilməsində nəzərə alınacaq.

Növbəti seminarda (5 mart 2020-ci il tarixində, saat 10:30-da; ünvan: Abdulvahab Salamzadə küçəsi, 28, keçmiş Bakı Asiya Universitetinin binası, 4-cü mərtəbə, akt zalı) müzakirələr davam etdiriləcək.


Back to News