Xəbərlərs

27.02.2020

Tarix fənni üzrə elmi-metodiki seminar

27 fevral 2020-ci il tarixində, saat 11:00-da Dövlət İmtahan Mərkəzində tarix fənnindən növbəti elmi-metodiki seminar keçirilib.

Gündəlik məsələ 16 fevral 2020-ci il tarixində ali təhsil müəssisələrinə qəbul imtahanlarının ikinci mərhələsi - II və III ixtisas qrupları üzrə sınaq imtahanında istifadə edilmiş tapşırıqların elmi-metodiki baxımdan təhlili olub.

Seminarda Bakı və Sumqayıt şəhərlərinin ümumtəhsil və ali təhsil müəssisələrinin müəllimləri, metodistlər və AMEA-nın müvafiq sahələr üzrə mütəxəssisləri iştirak ediblər. 


  

Seminarın rəhbəri t.ü.f.d. K. Məmmədov seminarı açıq elan edərək gündəlik məsələ barədə məlumat verib, tapşırıqları müzakirəyə təqdim edib.

Seminarda 30 tapşırıq (1-22 saylı qapalı, 23-27 cavabı kodlaşdırılan açıq, 3 tapşırıqlı mənbə tapşırıqları) müzakirə edilib. 

  

Müzakirələrdə AMEA-nın Arxeologiya və Etnoqrafiya İnstitutunun əməkdaşı F.Babayev, Bakı şəhəri 72 nömrəli məktəb-liseyin müəllimi A.Allahverdiyev və b. tapşırıqlarla bağlı fikirlərini bildiriblər.

Müzakirə zamanı bildirilmiş redaktə xarakterli qeyd və təkliflər bankın təkmilləşdirilməsində nəzərə alınacaq.

Növbəti seminarda (5 mart 2020-ci il tarixində, saat 11:00-da; ünvan: Abdulvahab Salamzadə küçəsi, 28, keçmiş Bakı Asiya Universitetinin binası, 4-cü mərtəbə, akt zalı) müzakirələr davam etdiriləcək.


Back to News