Xəbərlərs

28.02.2020

Riyaziyyat fənni üzrə elmi-metodiki seminar

28 fevral 2020-ci il tarixində, saat 12:30-da Dövlət İmtahan Mərkəzində riyaziyyat fənnindən növbəti elmi-metodiki seminar keçirilib.

Gündəlik məsələ 16 fevral 2020-ci il tarixində ali təhsil müəssisələrinə qəbul imtahanlarının ikinci mərhələsi - I və II ixtisas qrupları üzrə sınaq imtahanında istifadə edilmiş tapşırıqların elmi-metodiki baxımdan təhlili olub.

Seminarda Bakı və Sumqayıt şəhərlərinin ümumtəhsil və ali təhsil müəssisələrinin müəllimləri, metodistlər və AMEA-nın müvafiq sahələr üzrə mütəxəssisləri iştirak ediblər.

Öncə metodika və dərsliklərin monitorinqi şöbəsinin müdiri A.Batıyeva seminarı açaraq gündəlik məsələ barədə məlumat verib. 

 

Sonra seminarın rəhbəri f.-r.e.d. M.Yaqubov tapşırıqları müzakirəyə təqdim etmək üçün AMEA-nın elmi işçisi P.Bayramova söz verib.

P.Bayramov imtahan blokuna daxil olan 20 tapşırığı müzakirəyə təqdim etdi. Həmçinin o, hər bir tapşırığın aid olduğu mövzu, tədris olunduğu sinif, hansı alt standartı yoxladığı haqqında məlumat verib.


Müzakirələrdə "Gənc istedadlar" liseyinin müəllimi f.-r.e.n. A.Abdullayev, Müasir İnnovasiyalar liseyinin müəllimi F.Əliyev, İ.Mayorova, C.İsmayılov və b. tapşırıqlarla bağlı fikirlərini bildiriblər.

Müzakirə zamanı bildirilmiş redaktə xarakterli qeyd və təkliflər bankın təkmilləşdirilməsində nəzərə alınacaq.

Növbəti seminarda (6 mart 2020-ci il tarixində, saat 12:30-da; ünvan: Abdulvahab Salamzadə küçəsi, 28, keçmiş Bakı Asiya Universitetinin binası, 4-cü mərtəbə, akt zalı) müzakirələr davam etdiriləcək.


Back to News