Xəbərlərs

28.02.2020

Coğrafiya fənni üzrə elmi-metodiki seminar

28 fevral 2020-ci il tarixində, saat 10:00-da Dövlət İmtahan Mərkəzində coğrafiya fənnindən növbəti elmi-metodiki seminar keçirilib. 

Seminarda Bakı və Sumqayıt şəhərlərinin, Abşeron rayonunun ümumtəhsil və ali təhsil müəssisələrinin müəllimləri, metodistləri və AMEA-nın müvafiq sahə üzrə mütəxəssisləri iştirak ediblər.

Seminarın gündəlik məsələsi 16 fevral 2020-ci il tarixində ali təhsil müəssisələrinə qəbul imtahanlarının ikinci mərhələsi - II ixtisas qrupu üzrə sınaq imtahanında istifadə edilmiş tapşırıqların elmi-metodiki baxımdan təhlili olub.

Seminar rəhbəri c.e.d., prof. F. İmanov seminarı açaraq gündəlik məsələ barədə məlumat verib. Daha sonra müzakirəni davam etdirmək üçün c.e.d. Z. Eminova söz verdi.

Müzakirələrdə Bakı Dövlət Universitetinin dosenti p.ü.f.d. N. Seyfullayeva, Bakı Dövlət Universitetinin müəllimi c.ü.f.d. Ş. Hümbətova, Qubadlı Xanlıq 1 saylı tam orta məktəbinin müəllimi H. Orucova, Ağdam rayonu 149 nömrəli tam orta məktəbin müəllimi V. Quliyeva, Bakı şəhəri 51 nömrəli tam orta məktəbin müəllimi M. Məcidov və b. qeyd və təkliflərini bildiriblər.

Müzakirə zamanı bildirilmiş redaktə xarakterli qeyd və təkliflər bankın təkmilləşdirilməsində nəzərə alınacaq.

Növbəti seminarda (6 mart 2020-ci il tarixində, saat 10:00-da; ünvan: Abdulvahab Salamzadə küçəsi, 28, keçmiş Bakı Asiya Universitetinin binası, 4-cü mərtəbə, akt zalı) müzakirələr davam etdiriləcək. 


Back to News