Xəbərlərs

02.03.2020

İngilis dili fənni üzrə elmi-metodiki seminar

2 mart 2020-ci il tarixində, saat 10:00-da Dövlət İmtahan Mərkəzində ingilis dili fənnindən elmi-metodiki seminar keçirilib.

Gündəlik məsələ “Reading and Listening Comprehension” adlı təqdimatın müzakirəsi olub. DİM-in Strateji inkişaf şöbəsinin baş məsləhətçisi V.Ələkbərova təqdimatla çıxış edib.


Seminarda Bakı şəhərinin ümumtəhsil və ali təhsil müəssisələrinin müəllimləri, metodistlər iştirak ediblər. 

Seminarın rəhbəri filologiya üzrə fəlsəfə doktoru Ş.Musayeva, Bakı şəhəri 282 nömrəli tam orta məktəbin müəllimi G.Həsənova, Bakı şəhəri 291nömrəli Ekologiya liseyinin müəllimi M.Məmmədova və başqaları gündəlik məsələ ilə bağlı fikirlərini bildiriblər. 

Növbəti seminarda (16 mart 2020-ci il tarixində, saat 10:00-da; ünvan: Abdulvahab Salamzadə küçəsi, 28, keçmiş Bakı Asiya Universitetinin binası, 4-cü mərtəbə, akt zalı) müzakirələr davam etdiriləcək.


Back to News