Xəbərlərs

02.03.2020

Ədəbiyyat fənni üzrə elmi-metodiki seminar

2 mart 2020-ci il tarixdə saat 13:30-da Dövlət İmtahan Mərkəzində ədəbiyyat fənnindən elmi-metodiki seminar keçirilib.


Seminarda Bakı və Sumqayıt şəhərlərinin ümumtəhsil və ali təhsil müəssisələrinin müəllimləri, metodistlər iştirak ediblər.

Gündəlik məsələ 16 fevral 2020-ci il tarixində ali təhsil müəssisələrinə qəbul imtahanlarının ikinci mərhələsi – III ixtisas qrupu üzrə üzrə sınaq imtahanında ədəbiyyat fənnindən istifadə olunmuş tapşırıqların müzakirəsi olub. 

Seminar rəhbəri f.e.d. Ataəmi Mirzəyev tapşırıqları təqdim edib.


Müzakirələrdə Bakı Türk liseyinin müəllimi Saməddin İbrahimov, Sumqayıt Dövlət Universitetinin müəllimi Elşad İbrahimov, Bakı şəhəri 282 nömrəli tam orta məktəbin müəllimi Mətanət Məmmədova, müstəqil ekspert Hidayət Allahverdi və b. tapşırıqlarla bağlı fikirlər bildirib, təkliflər veriblər.
 
Müzakirə zamanı bildirilmiş redaktə xarakterli qeyd və təkliflər bankın təkmilləşdirilməsində nəzərə alınacaq.

Növbəti seminarda (16 mart 2020-ci il tarixdə, saat 13:30-da; ünvan: Abdulvahab Salamzadə küçəsi, 28, keçmiş Bakı Asiya Universitetinin binası, 4-cü mərtəbə, akt zalı) sınaq imtahanında Azərbaycan dili fənnindən istifadə olunmuş tapşırıqların müzakirəsi aparılacaq.


Back to News