Xəbərlərs

04.03.2020

“Fizika-11” dərsliyinin müzakirəsi ilə bağlı məlumat

4 mart 2020-ci il tarixində, saat 10:30-da Dövlət İmtahan Mərkəzində ümumtəhsil müəssisələrində qüvvədə olan 11-ci sinif “Fizika” dərsliyinin müzakirəsi olub. 


Müzakirələr nəticəsində dərslikdəki mübahisəli məqamlar, üst-üstə düşməyən faktlar, səhvlər və uyğunsuzluqlar barədə tövsiyələrin hazırlanması, onların test bankının təkmilləşdirilməsində və yeni tapşırıqların tərtibində nəzərə alınması haqqında qərar qəbul edilib. 

Növbəti iclasda (11 mart 2020-ci il tarixində, saat 10:30-da; ünvan: Abdulvahab Salamzadə küçəsi, 28, keçmiş Bakı Asiya Universitetinin binası, 4-cü mərtəbə, akt zalı) müzakirələr davam etdiriləcək. 


Back to News