Xəbərlərs

26.10.2020

Azərbaycan dili və ingilis dili fənləri üzrə işçi qruplarının iclasları

26 oktyabr 2020-ci il tarixində Dövlət İmtahan Mərkəzində Azərbaycan dili və ingilis dili fənləri üzrə işçi qruplarının növbəti iclasları keçirilib.

İclasların gündəlik məsələsi ümumi orta (9 illik) və tam orta (11 illik) təhsil səviyyəsi üzrə buraxılış imtahanları üçün proqramların müzakirəsi olub.

İştirakçılar müzakirə edilən məsələlərlə bağlı fikirlər bildirib və təkliflər veriblər. Proqramların təkmilləşdirilməsində təkliflər nəzərə alınıb.


2 noyabr 2020-ci il tarixində ümumi orta (9 illik) və tam orta (11 illik) təhsil səviyyəsi üzrə buraxılış imtahanı modelinin müzakirəsi aparılacaq.


Back to News