Xəbərlərs

28.10.2020

Fizika və rus dili fənləri üzrə işçi qruplarının iclasları

28 oktyabr 2020-ci il tarixində Dövlət İmtahan Mərkəzində fizika və rus dili (rus bölməsi) fənləri üzrə işçi qruplarının növbəti iclasları keçirilib. 


Fizika fənni üzrə iclasın gündəlik məsələsi 20 avqust 2020-ci il tarixində ali təhsil müəssisələrinə qəbul imtahanlarının ikinci mərhələsi – I və IV ixtisas qrupları üzrə imtahanlarda istifadə edilmiş tapşırıqların elmi-metodiki baxımdan müqayisəli təhlili olub.

İclasda 5 qapalı tipli tapşırıq (I ixtisas qrupu üzrə 31-35 saylı, IV ixtisas qrupu üzrə 61-65 saylı) müzakirə edilib, iştirakçılar tapşırıqlarla bağlı fikirlərini bildiriblər. Müzakirə zamanı bildirilmiş redaktə xarakterli qeyd və təkliflər bankın təkmilləşdirilməsində nəzərə alınacaq.

Hər bir tapşırığın aid olduğu mövzu, mürəkkəblik dərəcəsi, statistik göstəricilər, tədris olunduğu sinif, hansı alt standart üzrə bilik və bacarıqları yoxlamağa imkan verməsi haqqında məlumat verilib.
Statistik göstəricilər əsasında aparılmış bu müzakirələrdə, həmçinin abituriyentlərin cavab verməkdə çətinlik çəkdikləri tapşırıqlar müəyyən edilib. Bu tapşırıqların izahlarına dair metodik tövsiyə hazırlanacaq və “Abituriyent” jurnalının 2-ci sayında dərc olunacaq. 

Rus dili fənni üzrə iclasın gündəlik məsələsi ümumi orta (9 illik) və tam orta (11 illik) təhsil səviyyələri üzrə buraxılış imtahanları üçün proqramların müzakirəsi olub.
İştirakçılar müzakirə edilən məsələlərlə bağlı fikirlər bildirib və təkliflər veriblər. Proqramların təkmilləşdirilməsində təkliflər nəzərə alınıb. 


Növbəti iclaslardada (4 noyabr 2020-ci il tarixində) müzakirələr davam etdiriləcək.


Back to News