Xəbərlərs

29.10.2020

Biologiya və tarix fənləri üzrə işçi qruplarının iclasları

29 oktyabr 2020-ci il tarixdə Dövlət İmtahan Mərkəzində biologiya və tarix fənləri üzrə işçi qruplarının növbəti iclasları keçirilib.

Biologiya fənni üzrə iclasın gündəlik məsələsi imtahan modeli üçün tapşırıq nümunələrinin elmi-metodiki baxımdan təhlili olub.

Hər bir tapşırıq mövzu, mürəkkəblik dərəcəsi, tədris olunduğu sinif, hansı alt standart üzrə bilik və bacarıqları yoxlamağa imkan verməsi baxımından müzakirə edilib.

İşçi qrupunun üzvləri tapşırıqlarla bağlı fikir bildirib və təkliflər veriblər.

Tarix fənni üzrə iclasın gündəlik məsələsi 14 avqust 2020-ci il tarixində ali təhsil müəssisələrinə qəbul imtahanlarının ikinci mərhələsi – II və III ixtisas qrupları üzrə imtahanlarda istifadə edilmiş tapşırıqların elmi metodiki baxımdan müqayisəli təhlili olub.

İclasda 30 tapşırıq (22 qapalı, cavabı kodlaşdırılan 5 açıq tapşırıq, cavabı yazı ilə ifadə olunan 3 mənbə tapşırığı) (II ixtisas qrupu üzrə 61-90 saylı, III ixtisas qrupu üzrə 31-60 saylı) müzakirə edilib.

Hər bir tapşırıq statistik göstəricilər əsasında mövzu, mürəkkəblik dərəcəsi, tədris olunduğu sinif, hansı alt standart üzrə bilik və bacarıqları yoxlamağa imkan verməsi baxımından müzakirə edilib.

İştirakçılar tapşırıqlarla bağlı fikirlərini bildiriblər. Müzakirə zamanı bildirilmiş redaktə xarakterli qeyd və təkliflər bankın təkmilləşdirilməsində nəzərə alınacaq.

Müzakirə zamanı abituriyentlərin cavab verməkdə çətinlik çəkdikləri tapşırıqlar müəyyən edilib. Bu tapşırıqların izahlarına dair metodik tövsiyə hazırlanacaq və “Abituriyent” jurnalının 2-ci sayında dərc olunacaq.

Növbəti iclaslarda (5 noyabr 2020-ci il tarixində) müzakirələr davam etdiriləcək.


Back to News