Xəbərlərs

30.10.2020

Coğrafiya və riyaziyyat fənləri üzrə işçi qruplarının iclasları

30 oktyabr 2020-ci il tarixində Dövlət İmtahan Mərkəzində coğrafiya və riyaziyyat fənləri üzrə işçi qruplarının növbəti iclasları keçirilib.

Coğrafiya fənni üzrə gündəlik məsələ ali təhsil müəssisələrinə qəbul imtahanı proqramının müzakirəsinin davamı olub.

Riyaziyyat fənni üzrə gündəlik məsələ isə tam orta (11 illik) təhsil səviyyəsi üzrə buraxılış imtahanları üçün proqram və imtahan modelinin müzakirəsi olub.

Müzakirələr zamanı gündəlik məsələlərlə bağlı fikirlər bildirilib və təkliflər verilib. Söylənilmiş təkliflər proqramların təkmilləşdirilməsində nəzərə alınıb.

6 noyabr 2020-ci tarixində müzakirələr davam etdiriləcək.


Back to News