Xəbərlərs

02.11.2020

Azərbaycan dili və ingilis dili fənləri üzrə işçi qruplarının iclasları

2 noyabr 2020-ci il tarixində Dövlət İmtahan Mərkəzində Azərbaycan dili və ingilis dili fənləri üzrə işçi qruplarının növbəti iclasları keçirilib.

İclasların gündəlik məsələləri ingilis dili fənni üzrə ümumi orta (9 illik) və tam orta (11 illik) təhsil səviyyəsi üzrə buraxılış imtahanı modellərinin, Azərbaycan dili fənni üzrə isə ümumi orta (9 illik) təhsil səviyyəsi üzrə buraxılış imtahanı proqramının müzakirəsi olub.

İştirakçılar müzakirə edilən məsələlərlə bağlı fikirlər bildirib və təkliflər veriblər.

16 noyabr 2020-ci il tarixində müzakirələr davam etdiriləcək.


Back to News