Xəbərlərs

06.11.2020

Coğrafiya və riyaziyyat fənləri üzrə işçi qruplarının iclasları

6 noyabr 2020-ci il tarixində Dövlət İmtahan Mərkəzində coğrafiya və riyaziyyat fənləri üzrə işçi qruplarının növbəti iclasları keçirilib.

Coğrafiya fənni üzrə iclasın gündəlik məsələsi 13 avqust 2020-ci il tarixində ali təhsil müəssisələrinə qəbul imtahanlarının ikinci mərhələsi - II ixtisas qrupu üzrə imtahanda istifadə edilmiş tapşırıqların elmi-metodiki baxımdan təhlili olub.

İclasda müzakirə edilən 10 qapalı tipli tapşırığın hər biri (31-40 saylı) aid olduğu mövzu, mürəkkəblik dərəcəsi, statistik göstəricilər, tədris olunduğu sinif, hansı alt standart üzrə bilik və bacarıqları yoxlamağa imkan verməsi baxımından təhlil edilib.

İştirakçılar tapşırıqlarla bağlı fikirlərini bildiriblər. Müzakirə zamanı bildirilmiş redaktə xarakterli qeyd və təkliflər bankın təkmilləşdirilməsində nəzərə alınacaq.

Müzakirələr nəticəsində tapşırıqların ali təhsil müəssisələrinə qəbul imtahanı proqramına uyğunluğu, abituriyentlərin bilik və bacarıqlarını obyektiv yoxlamağa və qiymətləndirməyə imkan verməsi bir daha öz təsdiqini tapıb.

Statistik göstəricilər əsasında aparılmış bu müzakirədə, həmçinin abituriyentlərin cavab verməkdə çətinlik çəkdikləri tapşırıqlar müəyyən edilib. Bu tapşırıqların izahlarına dair metodik tövsiyə hazırlanacaq və “Abituriyent” jurnalının 2-ci sayında dərc olunacaq.


Riyaziyyat fənni üzrə gündəlik məsələ isə ali təhsil müəssisələrinə və hərbi liseylərə qəbul imtahanları üçün proqramların müzakirəsi olub.

Müzakirələr zamanı gündəlik məsələlərlə bağlı fikirlər bildirilib və təkliflər verilib. Söylənilmiş təkliflər proqramların təkmilləşdirilməsində nəzərə alınıb.

Növbəti iclaslarda (13 noyabr 2020-ci il tarixində) müzakirələr davam etdiriləcək. 


Back to News