Xəbərlərs

12.11.2020

Biologiya və tarix fənləri üzrə işçi qruplarının iclasları

12 noyabr 2020-ci il tarixində Dövlət İmtahan Mərkəzində biologiya və tarix fənləri üzrə işçi qruplarının növbəti iclasları keçirilib.

İclasların gündəlik məsələsi imtahan modeli üçün tapşırıq nümunələrinin elmi-metodiki baxımdan müzakirəsi olub.

Müzakirəyə təqdim olunan hər bir tapşırıq mövzu, mürəkkəblik dərəcəsi, tədris olunduğu sinif, hansı alt standart üzrə bilik və bacarıqları yoxlamağa imkan verməsi baxımından təhlil edilib.

İşçi qrupunun üzvləri müzakirə edilən məsələlərlə bağlı fikirlər bildirib və təkliflər veriblər.


Növbəti iclaslarda (19 noyabr 2020-ci il tarixində) müzakirələr davam etdiriləcək. 


Back to News