Xəbərlərs

13.11.2020

Coğrafiya və riyaziyyat fənləri üzrə işçi qruplarının iclasları

13 noyabr 2020-ci il tarixində Dövlət İmtahan Mərkəzində coğrafiya və riyaziyyat fənləri üzrə işçi qruplarının növbəti iclasları keçirilib.


Coğrafiya fənni üzrə işçi qrupunun iclasında öncə AMEA-nın H.Ə.Əliyev adına Coğrafiya İnstitutunun Elmi işlər üzrə direktor müavini, c.ü.f.d., dosent Həsənov Məhərrəm Səməd oğlu və AMEA-nın H.Ə.Əliyev adına Coğrafiya İnstitutunun Əhali coğrafiyası şöbəsinin müdiri, c.ü.f.d. Əyyubov Nizami Hacı oğlunun xatirələri bir dəqiqəlik sükutla yad edildi.

İclasın gündəlik məsələsi 13 avqust 2020-ci il tarixində ali təhsil müəssisələrinə qəbul imtahanlarının ikinci mərhələsi - II ixtisas qrupu üzrə imtahanda istifadə edilmiş tapşırıqların elmi-metodiki baxımdan təhlili olub. 

İclasda 5 qapalı tipli tapşırıq (41-45 saylı) aid olduğu mövzu, mürəkkəblik dərəcəsi, statistik göstəricilər, tədris olunduğu sinif, hansı alt standartların tələbləri üzrə bilik və bacarıqları yoxlamağa imkan verməsi baxımından müzakirə edilib. 

Müzakirə zamanı tapşırıqlarla bağlı fikirlər bildirilib və təkliflər verilib. Bildirilmiş redaktə xarakterli qeyd və təkliflər bankın təkmilləşdirilməsində nəzərə alınacaq.
Müzakirələr nəticəsində tapşırıqların ali təhsil müəssisələrinə qəbul imtahanı proqramına uyğunluğu, abituriyentlərin bilik və bacarıqlarını obyektiv yoxlamağa və qiymətləndirməyə imkan verməsi bir daha öz təsdiqini tapıb.

Statistik göstəricilər əsasında aparılmış bu müzakirədə, həmçinin abituriyentlərin cavab verməkdə çətinlik çəkdikləri tapşırıqlar müəyyən edilib. Bu tapşırıqların izahlarına dair metodik tövsiyə hazırlanacaq və “Abituriyent” jurnalının 2-ci sayında dərc olunacaq.

Riyaziyyat fənni üzrə iclasda gündəlik məsələ ümumi orta (9 illik) və tam orta (11 illik) təhsil səviyyəsi üzrə buraxılış imtahanları modellərinin müzakirəsi olub.

İmtahan modellərinə təklif edilən tapşırıqların hər biri aid olduğu mövzu, mürəkkəblik dərəcəsi, hansı alt standartların tələbləri üzrə bilik və bacarıqları yoxlamağa imkan verməsi baxımından müzakirə edilib.

İştirakçılar tapşırıqlarla bağlı fikirlər bildirib və təkliflər veriblər.

Növbəti iclaslarda (20 noyabr 2020-ci il tarixində) müzakirələr davam etdiriləcək.


Back to News