Xəbərlərs

16.11.2020

Azərbaycan dili və ingilis dili fənləri üzrə işçi qruplarının iclasları

16 noyabr 2020-ci il tarixində Dövlət İmtahan Mərkəzində Azərbaycan dili və ingilis dili fənləri üzrə işçi qruplarının növbəti iclasları keçirilib.

İclasların gündəlik məsələləri Azərbaycan dili və ingilis dili fənləri üzrə 9 illik və 11 illik təhsil bazalarında buraxılış imtahanı modelləri üçün tapşırıq nümunələrinin elmi-metodiki baxımdan müzakirəsi olub.

Müzakirəyə təqdim olunan hər bir tapşırıq mövzu, mürəkkəblik dərəcəsi, hansı alt standart üzrə bilik və bacarıqları yoxlamağa imkan verməsi baxımından təhlil edilib.
İştirakçılar müzakirə edilən məsələlərlə bağlı fikirlər bildirib və təkliflər veriblər.

23 noyabr 2020-ci il tarixində müzakirələr davam etdiriləcək.


Back to News