Xəbərlərs

18.11.2020

Coğrafiya fənni üzrə hazırlıq kursu

Dövlət İmtahan Mərkəzində 18 noyabr 2020-ci il tarixində coğrafiya fənni üzrə hazırlıq kursu keçirilib.

COVID-19 pandemiyası ilə bağlı ciddi karantin şəraitini nəzərə alaraq kurs onlayn qaydada keçirilmişdir. Hazırlıq kursuna Lerik rayonunun Siyov kəndindən Şahin Sadıqov qoşulmuşdur. Məşğələni moderator Bakı şəhəri 3 nömrəli tam orta məktəbin müəllimi Şahsənəm İskəndərova aparmışdır. Məşğələdə ölkənin təhsil sistemində aparılan islahatlar, fənn kurikulumunun mahiyyəti, strukturu, qəbul imtahanında mənimsənilmə səviyyəsinin yoxlanılması və qiymətləndirilməsi mümkün olan alt standartlar haqqında məruzə təqdim edilib. Təqdimatla bağlı Şahin Sadıqovun sualları cavablandırılıb.

Kursun növbəti məşğələsi qəbul imtahanlarının ikinci mərhələsində istifadə edilən qapalı, açıq tipli və cavabı yazı ilə ifadə olunan tapşırıqların hazırlanması və qiymətləndirilməsi mövzusuna həsr ediləcək. 


Back to News