Xəbərlərs

22.11.2020

22 noyabr 2020-ci il tarixində Dövlət İmtahan Mərkəzində kimya fənni üzrə onlayn – “Zoom” platforması üzərindən hazırlıq kursu keçirilib.

22 noyabr 2020-ci il tarixində kimya fənnindən qəbul imtahanlarında istifadə edilən qiymətləndirmə tapşırıqlarının hazırlanması və onların meyarlar əsasında yoxlanılmasına dair hazırlıq kursu keçirilib.


COVID-19 pandemiyası ilə bağlı ölkədə tətbiq edilən xüsusi karantin rejiminin qaydaları nəzərə alınaraq hazırlıq kursu onlayn – “Zoom” platforması üzərindən həyata keçirilib. 

Hazırlıq kursunda yalnız elektron qeydiyyatdan keçmiş, ixtisası müvafiq fənnə uyğun olan müəllimlər, metodistlər iştirak ediblər.

Öncə şöbə müdiri Afiqə Batıyeva hazırlıq kursunun planı haqda məlumat verdi. O, iki aylıq kurs materialının nəzəri hissəsinin mövcud şəraitə görə bir neçə saat ərzində onlayn qaydada keçiriləcəyini, sonra iştirakçıların ev tapşırıqlarını internet vasitəsi ilə onlara təqdim edilən elektron ünvana göndərəcəklərini və kalibrləmə prosesindən keçmək üçün yaşadığı əraziyə ən yaxın Dövlət İmtahan Mərkəzinin Regional bölmələrinə yaxınlaşacaqlarını qeyd etdi. Çıxışın sonunda A. Batıyeva kurs iştirakçılarına uğurlar arzulayaraq sözü moderatora verdi.

Kimya fənni üzrə moderator Səidə Hüseynova müvafiq fənn kurikulumunun mahiyyəti, məzmunu haqqında və imtahanlarda mənimsənilmə səviyyəsinin yoxlanılması və qiymətləndirilməsi mümkün olan alt standartlar, onları reallaşdıran mövzular, qiymətləndirmə vasitələrinin formaları, məzmunu və qiymətləndirmə meyarlarının hazırlanması ilə bağlı təqdimat etdi.

Hazırlıq kursunun iştirakçılarının şəxsi məlumatları Mərkəzin elektron “Məlumat bazası”na daxil ediləcək. Onlara DİM-in sertifikatı veriləcəkdir. Gələcəkdə onlar DİM-lə əməkdaşlığa cəlb ediləcəklər.


Back to News