Xəbərlərs

24.11.2020

Kimya fənni üzrə işçi qrupunun iclası

24 noyabr 2020-ci il tarixində Dövlət İmtahan Mərkəzində kimya fənni üzrə işçi qrupunun növbəti iclası keçirilib.

İclasın gündəlik məsələsi kimya fənni üzrə üç tapşırıqlı situasiyaların tərtibinə dair tələblər olub. İclasda situasiya tapşırıqlarının tərtibi qaydaları, tapşırıqların məzmunu, bu tapşırıqlar vasitəsilə abituriyentlərin hansı bilik və bacarıqların yoxlanılmasının mümkünlüyü müzakirə edilib. İşçi qrupunun üzvləri nümunə kimi təqdim olunmuş bir neçə situasiya tapşırığına qeyd və təkliflərini bildiriblər.

Növbəti iclasda (1 dekabr 2020-ci il tarixində) müzakirələr davam etdiriləcək. 


Back to News