Xəbərlərs

15.02.2021

Abituriyentlərin nəzərinə!

Dövlət İmtahan Mərkəzində abituriyentlərə kömək məqsədilə ali təhsil müəssisələrinə ayrı-ayrı fənlər üzrə qəbul proqramları və imtahanların modelinə uyğun tapşırıq nümunələri ilə bağlı tövsiyələr hazırlanıb.

Azərbaycan dili, ədəbiyyat, riyaziyyat, ədəbiyyat (rus bölməsi) fənləri üzrə tövsiyələr mərkəzin “Youtube” kanalında yerləşdirilib. Videotövsiyələrlə buradan tanış ola bilərsiniz.

Digər imtahan fənləri üzrə tövsiyələr yaxın günlərdə DİM-in “Youtube” kanalında yerləşdiriləcək.


Back to News