Xəbərlərs

19.02.2021

Yubiley təbriki

Dövlət İmtahan Mərkəzinin rəhbərliyi və kollektivi fransız dili fənni üzrə elmi-metodiki seminarın rəhbəri, filologiya üzrə fəlsəfə doktoru, professor Çəmən Babaxanovanı 80 illik yubileyi münasibətilə təbrik edib.

 
Çəmən Babaxanova 1994-cü ildən Tələbə Qəbulu üzrə Dövlət Komissiyası, hazırda Dövlət İmtahan Mərkəzi ilə əməkdaşlıq edir. Bu illər ərzində “Fransız dili” vəsaitinin, lüğətin, 5-11-ci sinif dərslikləri əsasında yeni tipli “Qiymətləndirmə tapşırıqları” kitabçasının hazırlanmasına rəhbərlik edib, test bankının formalaşmasında əvəzsiz xidmətlər göstərib. Bundan əlavə, dəfələrlə qapalı şəraitdə (bunkerdə) qəbul və buraxılış imtahanları üçün sual kitabçalarının hazırlanmasında yaxından iştirak edib.
 
Çəmən Babaxanovanı təbrik edir, möhkəm cansağlığı, uzun ömür, həyat və fəaliyyətində daha böyük uğurlar arzulayırıq.





Back to News