İstifadəçi profili


 

Bayramova Leyla

Şəkil:
İş yeri: Madad Azerbaidjan MMC
Haqqında: Mən Bayramova Leyla Bəhman qızı 1986-cı ildə anadan olmuşam .1993 - cü ildə 2 №li Nizami Gəncəvi adına tam orta məktəbə daxil olmuşam. 2004-cü ildə həmin məktəbi müvəffəqiyyətlə başa vurmuşam. 2004- cü ildə III qrup üzrə universitete sənəd vermişəm. Elə həmin il ADPU-nin Tarix fakultəsinin qiyabi şöbəsinə qəbul olmuşam.

2005 –ci ildə təhsilimi davam etdirməklə yanaşı, 7№li tam orta məktəbə işə qəbul olmuşam. İşlədiyim müddətdə təhsilimi davam etdirməklə yanaşı, bir sıra kurslara da getmişəm.

Belə kurslardan biri Bakı Elmi Tədris Mərkəzinin-nin İKT kursundan ( Microsoft XP, MS Word 2003, MS Excel 2003 ) keçmişəm.


2010-cu ildə Mədəd Azərbaycan tərəfindən təşkil olunmuş “Müəllimlərin Peşəkarlıq Səviyyəsinin Təkmilləşdirilməsi” kursunu müvəffəqiyyətlə tamamlayıb, sertifikat almışam.

2009-cu ildə ADPU-nin tarix fakultəsini bitirmişəm.2010-cu ildə təhsilimi davam etdirərək Magistraturaya sənəd vermişəm. Elə həmin ilin yayında ADPU-nin Tarix fakultəsinin qiyabi şöbəsinə Tarixin Tədrisi Metodikası və Metodologiyası ixtisası üzrə qəbul olmuşam. Həmin universitetin Tarix fakultəsini 2013-cü ildə müvəffəqiyyətlə bitirmişəm.

Magistraturada təhsil aldığım müddət ərzində 3 məqaləm, 1 tezisim, 2 dərs planım çapdan çıxmışdır. İlk dərs nümunəm Tarix.İnfo saytında yerləşdirilmişdir. Daha sonrakı illərdə dəfələrlə dərs nümunələrim tarix.info saytında yerləşdirilmişdir.

Daha sonra mimio.az saytında başla 2 dərs nümunəm yerləşdirilmişdir.
Dəfələrlə traininglərdə iştirak etmişəm.

Keçdiyim Təlimlər:

1. Azərbaycan Respublikası Təhsil Nazirliyi və «Mədəd Azərbaycan» MMC tərəfindən təşkil edilmiş İKT-nin Təhsilə Tətbiqi üzrə «Müəllimlərin Peşəkarlıq Səviyyəsinin Təkmilləşdirilməsi»
2. Azərbaycan Respublikası Təhsil Nazirliyi və «Mədəd Azərbaycan» MMC tərəfindən təşkil edilmiş Milli Təhsil Məlumat Bazasının Doldurulması”
3. Azərbaycan Respubliksaı Təhsil Nazirliyi və «Mədəd Azərbaycan» MMC tərəfindən təşkil edilmiş «Ümumi orta təhsil səviyyəsi üzrə yeni fənn kurikulumların tətbiqi və fəal təlim»
4. Azərbaycan Respubliksaı Təhsil Nazirliyi və «Mədəd Azərbaycan» MMC tərəfindən təşkil edilmiş «Ümumi təhsildə kurikulum islahatı və onun idarə olunması»
5. «Mədəd Azərbaycan» MMC tərəfindən təşkil edilmiş «Səhiyyə işçiləri üçün İnformasiya texnologiyasının əsasları»
6. ISESCO: Təhsil sahəsində İKT-nin rolu
7.Mədəd Azərbaycan və ULTRA: “ASM müəllimlər üçün Məktəb İdarəetmə Proqramı”
8.“Mədəd Azərbaycan” MMC tərəfindən təşkil edilmiş “Fənlər üzrə elektron təhsil resursları”
9.“Mədəd Azərbaycan “ MMC və Ultra tərəfindən təşkil edilmiş “İntel Gələcək üçün Təhsil Layihə metodikası”

10. “Mədəd Azərbaycan” MMC tərəfindən təşkil edilmiş “Həmkardan Həmkara Dəstək layihəsi”

İştirak etdiyim təlimlər:

1. “Smart Technologies” şirkəti tərəfindən təşkil edilmiş Məktəb müəllimləri və təhsil müəssisələrinin işçiləri üçün “Dymo/Mimio İnteraktiv texnologiyaları ilə tədris” təlim kursunun,
2. “Smart Technologies” şirkəti tərəfindən təşkil edilmiş Məktəb müəllimləri və təhsil müəssisələrinin işçiləri üçün “Smart İnteraktiv texnologiyaları ilə tədris” təlim kursunun iştirakçısıyam.
3. “Stimul Azərbaycan” MMC tərəfindən 13-15.06.2013 tarixlərində “Şəbəkə sisteminin qurulması və idarə olunması, Radmin, Teamviewer şəbəkə idarəetmə proqramları” mövzularında təlim.
4. Public Union Of Azerbaijan History Educators (Azərbaycan tarixi pedaqoqlarının ictimai ittifaqı) tərəfindən təşkil edilmiş beynəlxalq konfrans”
5. “AzETA”-nın təşkil etdiyi Attended 10th İnternational ELT Conference: Engilish beyond the Classroom Walls held on 22-23 june 2013 at Khazar University in Baku, Azerbaijan
6. Azərbaycan Respublikası Prezidenti yanında Gənclər fondunun maliyyə dəstəyi ilə həyata keçirdiyi “Sumqayıtda Tələbələrin Karyera İnkişafı” layihəsi
7. Sharing History, Cultural Dialogues – İnnovating History Education in the Black Sea Region
8. Nurlu Sabah Uşaq Gənclər Təşkiatı İctimai Birliyi tərəfindən təşkil edilmiş “İKT bacarıqlarının təkmilləşdirilməsi” adlı layihə çərçivəsində MS Power Point, ISpring Pro, Easy Gif Animator proqramları üzrə təlim


2010-cu ildən Mədəd Azərbaycan təşkilatı ilə əməkdaşlıq edirəm.. 2011-ci ildən etibarən Azərbaycanın bir sıra bölgələrinə Təhsil Nazirliyinin xətti ilə təlimçi kimi göndərilirəm. Azərbaycanın , Bərdə, Ucar, Yevlax, Mingəçevir, Göyçay, Ağdam bölgələrində yay aylarında FK “fənn kurikulumu” təlimlərində bir neçə müəllimin yeni təlim metodlarına yiyələnməsi üçün təlim keçmişəm və onlara sertifikat vermişəm.
Ağdaş rayonunda 2 həftə müddətində MPST təlimini keçmişəm.

2012-ci ildə Mədəd Azərbaycan və ULTRA tərəfindən təşkil olunmuş “Milli Təhsil Məlumat Bazası” təlimi üzrə Mingəçevir şəhərində Laborantlara və İnformatika müəllimlərinə bu təlimi keçmişəm.
2013 –cü ildə isə MTMB təlimi kursunun Hacıqabul və Ağdaş rayonunlarında təlimçisi olmuşam.
2012-ci ildə Ağdam rayonunda UNİCEF tərəfindən təşkil edilmiş “Ümumi Təhsildə Kurikulum İslahatı və Onun İdarə Olunması” kursu üzrə məktəb direktorlarına təlim keçmişəm.
2013-cü ildə Mədəd Azərbaycan tərəfindən təşkil olunmuş “Səhiyyə işçilərinin İT sahəsində təkmilləşdirilməsi “kursu üzrə Şəki şəhərində 187 nəfər səhiyyə işçisinin bu təlimdən keçməsi üçün təşkil edilmiş təlimin təlimçisi olmuşam və 3 ay müddətində təlim keçmişəm.
2013-2014 cü tədris ili üçün 5 ci və 6-cı siniflərdə dərs deyəcək və təlimdən keçməyən müəllimlər üçün təşkil edilmiş fənn kurikulumlarının tətbiqi kursunda təlimçi kimi fəaliyyət göstərmişəm. 2013-2014-cü tədris ilində Salyan, Bərdə, Kürdəmir rayonlarında keçirilən tarix fənni kurikulumu kursu müvəffəqiyyətlə başa vurulmuşdur.
2013-cü ildə elektron təhsil resursları müsabiqəsində hazırladığım elektron resurs müsabiqədə əvvəl nominant daha sonra isə fərqlənənlər sırasında olmuşdur.
Keçdiyim təlimlərin sonunda təhsil şöbələri tərəfindən təşəkkür məktubu almışam.

Hazırda AzETA Azərbaycan təşkilatının üzvüyəm və AzETA-anın təşkil etdiyi konfranslarda yaxından iştirak edirəm. 22-23 iyun 2013-cü ildə AzETA-nın təşkil etdiyi beynəlxalq konfransda iştirak etmişəm.
Eyni zamanda Azərbaycan tarixçilər birliyinin və AzETanın üzvüyəm, tez-tez birliyin təşkil etdiyi konfranslarda iştirak edirəm.
Azərbaycanın bir sıra qəzetləri ilə əməkdaşlıq edirəm. Bunlardan Təhsil Problemləri İnstitutu, Təhsil və Zaman qəzetlərini misal göstərə bilərəm. Eləcə də bir sıra universitetlərin jurnal və kitablarında da məqalələrim dərc olunub.
Məktəbdə işlədiyim müddət ərzində bir neçə dəfə açıq dərslərim təşkil olunub
Hazırda Ağdaş şəhər 7 saylı tam orta məktəbdə çalışıram və eyni zamanda isə Mədəd Azərbaycan təşkilatı ilə əməkdaşlığımı davam etdirirəm.
Soyadı: BAYRAMOVA
Adı: LEYLA
Qeydiyyat: 25 yanvar 2014 saat 17:33